q
  • Bakı 11° C

    11.46 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Rusiyadan Ermənistana QADAĞA

DÜNYA

28 Aprel 2026 | 10:13

Rusiyadan Ermənistana QADAĞA

Rusiyanın dövlət markalama sistemi (“Честный знак”) Ermənistandan “Jermuk” mineral suyunun bir partiyasının onlayn və açıq satışını dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Perspektiv Texnologiyaların İnkişafı Mərkəzinin baş direktor müavini Revaz Yusupov məlumat verib.

Yusupovun sözlərinə görə, dövriyyədə təxminən 338 min butulka olub və yoxlama başa çatana qədər onlarn satışı bloklanıb. O qeyd edib ki, qərar “Rospotrebnadzor”un müraciəti əsasında, vətəndaşların sağlamlığına mümkün zərərin qarşısını almaq üçün görülüb.

Səbəb kimi məcburi tələblərin pozulması göstərilib.
 


SON XƏBƏRLƏR

27 Aprel 2026