Ermənistanda biometrik pasport sisteminin tətbiqi yekun mərhələyə daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin daxili işlər naziri Arpine Sarkisyan yeni sənədlərin Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 standartına uyğun olacağını bildirib.
Baş nazir Nikol Paşinyan bu yeniliyin Avropa İttifaqı ilə viza liberallaşdırma prosesinə də töhfə verəcəyini qeyd edib.
Yeni pasportların qırmızı rəngdə olacağı və dizaynında Ermənistanın xəritəsi ilə dövlət gerbinin yer alacağı açıqlanıb.
Rəsmilər sistemin vətəndaşların beynəlxalq səfərlərini daha rahat və təhlükəsiz edəcəyini vurğulayıblar.
Əli Hüseynov
Bakı 




