• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Pakistanla Əfqanıstan arasında toqquşma: ölənlər var - YENİLƏNİB

DÜNYA

27 Fevral 2026 | 13:47 | Müəllif: Subhan Mahmudov

Pakistanla Əfqanıstan arasında toqquşma: ölənlər var - YENİLƏNİB

Talibanın 228 döyüşçüsü öldürülüb, 314 nəfər isə yaralanıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, Talibana məxsus 74 hərbi post məhv edilib, 18-i isə ələ keçirilib.

    Pakistan tərəfi 27 hərbçisinin xəsarət aldığını etiraf edib.

    ***

    00:26

    Əfqanıstanın altı sərhəd əyalətində Pakistan və Əfqanıstan qüvvələri arasında baş verən toqquşmalarda 60-dan çox insan həlak olub.

    Bakıvaxtı.az xəbər verir ki, Taliban sözçüsü Zəbihullah Mücahid Kunarda təxminən 40 Pakistan əsgərinin öldürüldüyünü bildirib. Pakistan təhlükəsizlik mənbələri 22 Taliban əməliyyatçısının öldürüldüyünü yazır

    Mücahid xəbərdarlıq edib ki, Pakistan Kabilə və ya böyük şəhərlərə hücum edərsə, Əfqanıstan "onların əsas mərkəzlərinə və vacib şəhərlərinə zərbələr endirəcək" və Taliban döyüşü qızışdırmaq istəmir, əksinə qisasını alır.

     

    ***

    21:04

    Əfqanıstan hərbi hakimiyyəti bir neçə gün əvvəl Pakistanın hava hücumlarına cavab olaraq bu ölkəyə zərbələr endirməyə başlayıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” məlumat yayıb.

    Bildirilib ki, Pakistan qüvvələrinin Nənqərhar və Paktiya əyalətlərində həyata keçirdiyi son hava hücumlarından sonra cümə axşamı ağır toqquşmalar başlayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Noyabr 2026