• Bakı 13° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Pezeşkian-SEPAH qarşıdurması: İranda GƏRGİNLİK

DÜNYA

29 Mart 2026 | 12:20

Pezeşkian-SEPAH qarşıdurması: İranda GƏRGİNLİK

İran prezidenti Masud Pezeşkian ilə SEPAH baş komandanı Əhməd Vahidi arasında müharibənin idarə olunması və onun mülki əhali üzərində yaratdığı təsirlərlə bağlı ciddi fikir ayrılığı yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumat "Iran International" tərəfindən yayılıb.

Mənbələrin bildirdiyinə görə, prezident Pezeşkian mövcud vəziyyətin davam etməsinin ölkə üçün ağır nəticələr doğuracağını vurğulayıb. O, Vahidiyə açıq şəkildə xəbərdarlıq edərək qeyd edib ki, əgər yaxın zamanda atəşkəs əldə olunmasa, İran iqtisadiyyatı cəmi üç həftə – bir ay ərzində tamamilə çökə bilər.

Məlumata əsasən, tərəflər arasında yaranan bu gərginlik ölkə daxilində həm siyasi, həm də iqtisadi sabitlik baxımından ciddi risklər yaradır. Xüsusilə müharibənin mülki əhali üzərində artan təsirləri və iqtisadi təzyiqlər rəsmi dairələrdə narahatlığı daha da gücləndirib.


SON XƏBƏRLƏR

28 Mart 2026