• Bakı C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

Səyavuş Novruzov: “Azərbaycan serialları tarixi və qəhrəmanlıq mövzularına yönəlməlidir”

CƏMİYYƏT

27 Fevral 2026 | 12:47

Səyavuş Novruzov: “Azərbaycan serialları tarixi və qəhrəmanlıq mövzularına yönəlməlidir”

Milli Məclisin deputatı Səyavuş Novruzov Azərbaycanda serialların və filmlərin gənc nəslin tərbiyəsində rolunu müzakirə edib.

Bakıvaxtı.az-ın məlumatına görə, o bildirib ki, Türkiyədə tarixi seriallar ölkəyə turist axınına ciddi təsir göstərir.

“Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin 2025-ci il hesabatına görə, ölkəyə turizm sahəsindən daxil olan gəlirlər 68 milyard manatdır. Bu gəlirin formalaşmasında tarixi serialların xüsusi rolu var. Yalnız bu seriallardan Türkiyə 6 milyard dollar gəlir əldə edib. Hər il çəkilən seriallara dövlət tərəfindən 100 min dollar ayrılır ki, tarixi və mədəniyyətimizi təbliğ etsin və turizmi inkişaf etdirsin,” – deyə S.Novruzov vurğulayıb.

Deputat bildirib ki, Azərbaycanda yayımlanan seriallar isə tarixi şəxsiyyətlərə və ədəbiyyatımızın klassiklərinə həsr olunmur:

“Televiziya seriallarının çoxu real olmayan hekayələrə əsaslanır, bəzən qeyri-etik məlumatları təqdim edir, hüquq-mühafizə orqanları, müəllim və həkim obrazlarını düzgün əks etdirmir. Bu, gənc nəslin təbliğində arzuolunan deyil”.

Səyavuş Novruzov təklif edib ki, Azərbaycan serialları tarixi və qəhrəmanlıq mövzularına yönəldilməli, dövlət və cəmiyyət üçün əhəmiyyətli hadisələr – müharibədə qələbə, qəhrəman əsgərlərimizin həyatı və şəhid valideynlərinin hekayələri – ekranlaşdırılmalıdır. O, əlavə edib ki, ölkəmizdə bədii yaradıcılıq üçün geniş imkanlar mövcuddur və bu imkanlar düzgün istifadə edilməlidir.

Əli Hüseynov


SON XƏBƏRLƏR