• Bakı C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

Qazaxıstanda kafedə faciə: 6 ölü, 20 yaralı...

DÜNYA

27 Fevral 2026 | 00:59

Qazaxıstanda kafedə faciə: 6 ölü, 20 yaralı...

Qazaxıstanın Aqmola vilayətinin Şuçinsk şəhərində faciə baş verib. Beşmərtəbəli yaşayış binasına bitişik birmərtəbəli kafedə partlayış və yanğın qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Kazinform” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində altı nəfər həlak olub, təxminən 20 nəfər xəsarət alıb.

Aqmola vilayəti Fövqəladə Hallar Departamentinin (FHD) məlumatına görə, xəbər alındıqdan sonra beş dəqiqə ərzində xilasetmə qüvvələri hadisə yerinə çatıb. Yanğınsöndürənlər yanan binadan 8 qaz balonunu çıxararaq 10-dan çox insanı xilas ediblər.

“Hazırda yanğın tam söndürülüb. Xilasetmə işçiləri dağıntıların təmizlənməsi işlərini aparır. Hadisənin səbəbləri araşdırılır”, - Aqmola vilayəti FHD-nin rəsmi nümayəndəsi Yersain Koyşibayev bildirib.


SON XƏBƏRLƏR

26 Fevral 2026