Təl-Əvivdə İranla müharibəyə qarşı kütləvi etiraz aksiyaları başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, şəhərin mərkəzində on minlərlə insan küçələrə çıxaraq davam edən hərbi əməliyyatlara etiraz edib.
Aksiya iştirakçıları “Bu müharibəni dayandırın!”, “Atəşkəs dərhal elan edilsin!” kimi şüarlar səsləndirərək hökumətdən İranla qarşıdurmaya son qoyulmasını tələb ediblər. Etirazlar qısa zamanda genişlənərək şəhərin müxtəlif ərazilərini əhatə edib.
Məlumata görə, vəziyyət daha da gərginləşib və polis qüvvələri aksiyanı dağıtmaq üçün müdaxilə edib. Nəticədə etirazçılarla hüquq-mühafizə orqanları arasında ciddi toqquşmalar baş verib. Bəzi küçələrdə qarşıdurmaların kəskin xarakter aldığı bildirilir.
Şahidlərin sözlərinə görə, minlərlə insan artıq müharibədən cana yığıldığını açıq şəkildə ifadə edir və dərhal sülh çağırışı edir. Polis müdaxiləsi isə aksiyaların daha da alovlanmasına səbəb olub.
Hazırda Təl-Əvivdə vəziyyət gərgin olaraq qalır və etirazların davam edəcəyi gözlənilir./Musavat
Bakı 




