• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Cənubi Sudanda təyyarə qəzası oldu - Xeyli sayda ölən var

DÜNYA

27 Aprel 2026 | 22:23 | Müəllif: Subhan Mahmudov

Cənubi Sudanda təyyarə qəzası oldu - Xeyli sayda ölən var

Cənubi Sudanın paytaxtı Cuba yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Cənubi Sudan Mülki Aviasiya İdarəsi bildirib.

Məlumata görə, “Cessna 208 Caravan” tipli təyyarə Yai şəhərindən Cuba Beynəlxalq Hava Limanına daxili reys həyata keçirirmiş. Yerli vaxtla saat 09:15-də havaya qalxan təyyarə ilə təxminən 30 dəqiqə sonra əlaqə kəsilib. Qəza nəticəsində göyərtədə olan 13 sərnişinin və pilotun hamısı həyatını itirib.

Həlak olanlardan ikisinin Keniya vətəndaşı olduğu, digərlərinin isə Cənubi Sudan vətəndaşları olduğu bildirilir.

İlkin ehtimallara əsasən, qəzanın baş verməsinə əlverişsiz hava şəraiti və zəif görünüş səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Hadisə yerinə göndərilən mütəxəssislər qəzanın səbəblərinin müəyyənləşdirilməsi və xilasetmə işlərinə dəstək göstərilməsi istiqamətində iş aparırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026