q
  • Bakı 12° C

    16.55 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Paradda iştiraka görə Polşadan uça biləcək

DÜNYA

27 Aprel 2026 | 21:42

Paradda iştiraka görə Polşadan uça biləcək

Slovakiyanın Baş naziri Robert Fitsonun Qələbə günü paradında Moskvaya səfəri üçün Polşadan uçması məsələsi həll olunub.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

“Məndə olan məlumata görə, belə problem artıq yoxdur”, - nazir qeyd edib.

Sikorski Fitsonun Rusiyaya uçması məsələsinin necə həll olunduğunu açıqlamayıb.

Qeyd edək ki, aprelin 18-də Litva və Latviya Fitsonun hökumət təyyarəsinin Rusiyaya uçmasına icazə verməyəcəklərini açıqlayıblar. Aprelin 19-da Estoniya oxşar tədbir elan edib. 


SON XƏBƏRLƏR