• Bakı 28° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Fond təsdiqlədi: Ukraynaya 8 milyard dollarlıq...

DÜNYA

27 Fevral 2026 | 08:34

Fond təsdiqlədi: Ukraynaya 8 milyard dollarlıq...

Beynəlxlaq Valyuta Fondu (BVF) Ukraynaya səkkiz milyard dollarlıq kredit ayıracağını təsdiqləyib.

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, Fond Ukraynaya dörd il ərzində 8,1 milyard dollar dəyərində yeni yardım proqramı ayıracağını açıqlayıb.

BVF-nin mətbuat açıqlamasında bildirilir ki, İcraiyyə Şurasının qərarı təxminən 1,5 milyard dollar məbləğində təcili yardımın verilməsinə imkan verir".

BVF əlavə edib ki, bu proqramla bağlı risklər son dərəcə yüksəkdir:

"Proqramın uğuru xüsusilə beynəlxalq ictimaiyyətin davamlı dəstəyindən asılıdır. Yeni proqramın ümumi məqsədləri iqtisadi və maliyyə sabitliyini möhkəmləndirməyə davam etmək, borc dayanıqlığını gələcəyə yönəlmiş yanaşma ilə bərpa etməkdir. Eyni zamanda müharibədən sonrakı güclü bərpa üçün təməl qoyacaq və Ukraynanın Avropa İttıfaqına qoşulmaq məqsədinə dəstək verəcək islahatları irəli aparmaqdır".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026