• Bakı C

    11.81 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

Artıq ödənilmiş pensiyaların tutulma müddəti azaldılsın - TƏKLİF

CƏMİYYƏT

27 Fevral 2026 | 09:08

Artıq ödənilmiş pensiyaların tutulma müddəti azaldılsın - TƏKLİF

Artıq ödənilmiş pensiyaların tutulma müddətinin 1 ilə endirilməsi təklif olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində əksini tapıb.

Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilməsinin pensiyaçının səhvindən baş vermədiyini, bu halın müvafiq qurum fəaliyyətində olan funksional nöqsanlarla bağlı olduğunu, habelə sonrakı tutulmaların əmək pensiyaçısının sosial vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulması üçün "Əmək pensiyaları haqqında" Qanunun 39-1-ci maddəsində nəzərdə tutulmuş müddətin 1 ilə azaldılması təklif edilib.

Hazırkı qanunvericiliyə görə, bu tutulmanın son 3 il üçün aparılması nəzərdə tutulur.


SON XƏBƏRLƏR

26 Fevral 2026