• Bakı C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

Pirşağı və Ləhic bağları işıqsız qalacaq

CƏMİYYƏT

27 Fevral 2026 | 08:34

Pirşağı və Ləhic bağları işıqsız qalacaq

Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə bu gün elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Məlumata görə, bu gün Maştağa ETSİ-nin ərazisində yerləşən 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyasından çıxan 10 kV-luq 580.1 və 580.2 nömrəli hava xətlərində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.

Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.


SON XƏBƏRLƏR

26 Fevral 2026