• Bakı C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

DİQQƏT! Bu ərazilərdə 5 saat işıq OLMAYACAQ

CƏMİYYƏT

27 Fevral 2026 | 00:55

DİQQƏT! Bu ərazilərdə 5 saat işıq OLMAYACAQ

Fevralın 27-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq “Pirşağı” yarımstansiyasından çıxan 10 kV-luq 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Təmir işləri tamamlandıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR

26 Fevral 2026