• Bakı C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

Səyavuş Novruzov: Zori Balayan və digər məsul şəxslər qanun qarşısında cavab verməlidirlər

SİYASƏT

27 Fevral 2026 | 12:01

Səyavuş Novruzov: Zori Balayan və digər məsul şəxslər qanun qarşısında cavab verməlidirlər

Azərbaycan Ordusunun 44 günlük müharibədə əldə etdiyi nailiyyətləri, xalqın birləşməsi və dövlət rəhbərliyinin uğurlu hərbi əməliyyatlarını yüksək qiymətləndirilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Səyavuş Novruzov deyib.

Onun sözlərinə görə, əgər Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı zamanı Azərbaycanın dövlət başçısı indiki kimi güclü lider səviyyəsində olsaydı, heç bir münaqişə yaranmaz və heç kəs Azərbaycanın ərazi bütövlüyünə iddia edə bilməzdi.

Səyavuş Novruzov bildirib ki, cənab Prezident postmüharibə dövründə də dünyada lider kimi çıxış edir və Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə işğaldan əziyyət çəkən insanlarla görüşərək onların müasir standartlara cavab verən evlərlə təmin edilməsini, yaralanmış şəxslərin müalicə və reabilitasiyasını təşkil edir.

O, həmçinin qeyd edib ki, Xocalı soyqırımında iştirak edən şəxslər, o cümlədən, Zori Balayan və digər məsul şəxslər qanun qarşısında cavab verməlidirlər. Səyavuş Norvuroz vurğulayıb ki, Azərbaycanda və dünyada göstəriləcək nümunə ilə sübut ediləcək ki, terror və etnik soyqırım törədən şəxslər cəzadan qaça bilməz və gec-tez öz cəzasını alacaq.

Onun sözlərinə görə, Azərbaycanın liderliyi bu prinsipləri daim nümayiş etdirir və bundan sonra da göstərəcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Fevral 2026