• Bakı C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

Qazaxıstanda kafedə partlayış - 7 nəfər öldü

DÜNYA

27 Fevral 2026 | 09:13

Qazaxıstanda kafedə partlayış - 7 nəfər öldü

Qazaxıstanın Akmola vilayətinin Şuçinsk şəhərində kafedə partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, partlayış beşmərtəbəli yaşayış binasına bitişik tikilidə yerləşən kafedə qeydə alınıb.

    Partlayış nəticəsində yeddi nəfər həlak olub — ölənlər arasında 16 yaşlı qız da var.

    Güclü səsdən sonra binada yanğın başlayıb.

    Yanğının söndürülməsi zamanı xilasedicilər binadan səkkiz qaz balonunu çıxarıblar.

    Yerli hakimiyyət orqanlarının məlumatına görə, ümumilikdə 26 nəfər xəsarət alıb. Onlardan 13 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə rayon xəstəxanasına hospitalizasiya olunub./APA


    SON XƏBƏRLƏR

    26 Fevral 2026