• Bakı 12° C

    7.8 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İranda daha bir yüksəkvəzifəli şəxs öldürüldü

DÜNYA

29 Mart 2026 | 08:46

İranda daha bir yüksəkvəzifəli şəxs öldürüldü

İran Müdafiə Nazirliyinin tədqiqat mərkəzinin rəhbəri Əli Fuladvənd İsrail-ABŞ birgə əməliyyatı nəticəsində ölkənin Borucerd şəhərində həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Əli Fuladvand İran Müdafiə Nazirliyinin Müdafiə Tədqiqatları və İnnovasiyaları Mərkəzinə rəhbərlik edib. Telekanalın məlumatına görə, o, 28 mart səhəri öldürülüb.

İran hakimiyyəti hələlik bu məlumatı təsdiqləməyib.


SON XƏBƏRLƏR

28 Mart 2026