• Bakı 13° C

    6.02 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Masazırda avtomobil yandı - Yanğın digər maşına da keçdi - VİDEO

HADİSƏ

29 Mart 2026 | 10:12

Masazırda avtomobil yandı - Yanğın digər maşına da keçdi - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində avtomobildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bakıvaxtı.az-a verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində "Hyundai" markalı minik avtomobilinin salon və mühərrik hissəsi, yaxınlıqda dayanmış "BMW" markalı minik avtomobilinin isə arxa hissəsi qismən yanıb.

Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.


SON XƏBƏRLƏR

28 Mart 2026