• Bakı 11° C

    8.3 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

"İranda Buşehr AES-dən daha 163 əməkdaş təxliyə edilib"

DÜNYA

28 Mart 2026 | 17:31

İranda Buşehr AES-dən daha 163 əməkdaş təxliyə edilib

İranda Buşehr AES-dən personalın daşınmasının növbəti mərhələsi başa çatıb, stansiyanı 163 əməkdaş tərk edib və stansiya ətrafında vəziyyət pisləşməyə davam edir.

Bakıvaxtı.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Rosatom"un rəhbəri Aleksey Lixaçov bildirib.

"Meydançada vəziyyət pisləşməyə davam edir. Dünən axşam artıq üçüncü dəfə fəaliyyət göstərən 1 nömrəli enerji blokunun meydançası hücuma məruz qalıb. Döyüş sursatı ikinci dəfəki kimi, o cümlədən reaktor avadanlığının su təchizatını təmin edən nasos stansiyasının bilavasitə yaxınlığında partlayıb", - deyə o bildirib.


SON XƏBƏRLƏR