q
  • Bakı 12° C

    15.44 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

 Banqladeşdə ildırım vurmasından 14 nəfər ölüb

DÜNYA

27 Aprel 2026 | 17:11

 Banqladeşdə ildırım vurmasından 14 nəfər ölüb

Son 24 saat ərzində Banqladeşin yeddi rayonunda ildırım vurması nəticəsində ən azı 14 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bakıvaxtı.az "Dhaka Tribune" qəzetinə istinadən xəbər verir ki, qurbanlar ildırım zamanı açıq sahələrdə işləyən kəndlilər olub. 

Məlumata görə, güclü ildırımdan sonra ən azı 14 ölüm hadisəsi qeydə alınıb.

Qeyd edək ki, hər il Banqladeşdə yüzlərlə insan ildırım vurmasından ölür. Ölkə hakimiyyəti əvvəllər ildırımı milli təhlükə elan edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR