• Bakı 11° C

    8.3 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Yaponiyadan Azərbaycan iqtisadiyyatına investisiyalar artıb

İQTİSADİYYAT

28 Mart 2026 | 18:07

Yaponiyadan Azərbaycan iqtisadiyyatına investisiyalar artıb

2025-ci ildə Yaponiyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 245,453 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 3,971 milyon dollar və ya 1,6% artıb.

Məlumatlara əsasən, hesabat ilində Yaponiyadan Azərbaycana yatırılan investisiyaların ümumi birbaşa xarici investisiyalardakı payı 3,7% olub.

Eyni zamanda, 2025-ci il ərzində Azərbaycan Yaponiyanın iqtisadiyyatına 16,199 milyon dollar investisiya yatırıb ki, bu da əvvəlki illə müqayisədə 9,211 milyon dollar və ya 36,2% azdır.

Azərbaycanın Yaponiya iqtisadiyyatına yatırdığı investisiyaların ümumi birbaşa xarici investisiyalardakı payı 0,6% təşkil edib.

2024-cü ildə Yaponiyadan Azərbaycana ümumi birbaşa investisiyaların həcmi 241,482 milyon dollar, əks istiqamətdə isə 25,410 milyon dollar olub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycana birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu, 2024-cü illə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azdır.

Hesabat dövründə Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard dollar olub ki, bu da 2024-cü illə müqayisədə 765,4 milyon dollar və ya 43,4% artım deməkdir.


SON XƏBƏRLƏR