• Bakı 28° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

Gürcüstandakı qəzada ölən soydaşlarımızın ADLARI -TƏFƏRRÜATLAR - VİDEO - YENİLƏNİB

HADİSƏ

14 May 2026 | 22:04

Gürcüstandakı qəzada ölən soydaşlarımızın ADLARI -TƏFƏRRÜATLAR - VİDEO - YENİLƏNİB

Qardabanidə baş verən dəhşətli yol qəzasında həyatını itirən 7 gəncdən 5-nin Qaraçöp elindən, 2-nin isə Qardabanidən olduğu bildirilir.

Bakıvaxtı.az-ın 24News.ge-yə istinadən verdiyi məlumata görə, faciə nəticəsində iki qardaş — Şamil və Kamil Əliyevlər, eləcə də Əli və Sahil Cəlilovlar həyatını itirib.

Bildirilib ki, Kamil Əliyevin 19, qardaşı Şamil Əliyevin isə 17 yaşı olub. Valideynlərini erkən yaşlarda itirən qardaşlar nənə və babalarının himayəsində böyüyüblər. Yaxınlarının sözlərinə görə, Şamil Əliyev restoranda ofisiant kimi çalışırdı.

Kamil Əliyevin isə idmanla, xüsusilə boksla məşğul olduğu qeyd edilir.

Xatırladaq ki, ağır yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Qardabani şəhərinin Birlik kəndi ərazisində baş verib. Məlumata əsasən, yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə 7 nəfər hadisə yerində həyatını itirib, 1 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

***

15:48

Qardabanidə baş verən və 7 nəfərin həyatına son qoyan qəza ilə bağlı yeni detallar məlum olub.

Bakıvaxtı.azAktual.ge”yə istinadən xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, həlak olanlar demək olar ki, eyni yaşda - 18 yaşlı gənclər olub.

“Qəza mənim evimin yaxınlığında baş verdi. Onlar mənim qonşularım idi. Hamısı yaxşı, tərbiyəli gənclər idi. Yüksək sürətlə hərəkət edirdilər və buna görə belə oldu. Demək olar hamısı yaşıd idi - 18 yaşlılar. Birlikdə məşq edirdilər. Onlardan biri mənim övladıma boks öyrədirdi”,- deyə yerli sakin bildirib.

Həlak olanlardan 2-si qardaşdır.

Murad Məmmədli

***

12:29

Gürcüstanın Qardabani rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az “Aktual.ge” portalına istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında Qardabaninin Birlik kəndində baş verib.

Yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb.

Hadisə nəticəsində 7 nəfər həlak olub, daha bir nəfər isə ağır yaralanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi isə faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlanıldığını açıqlayıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.

Qəzada həlak olanların azərbaycanlılar olduğu deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyun 2026