• Bakı 20° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Sinner "Masters" turnirində yeni rekord müəyyənləşdirib

İDMAN

14 May 2026 | 17:21 | Müəllif: Əli Hüseynov

Sinner "Masters" turnirində yeni rekord müəyyənləşdirib

Dördqat "Böyük Dəbilqə" çempionu Yannik Sinner "Masters" seriyalı turnirlərdə ardıcıl 32-ci qələbəsini qazanmaqla yeni rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, italyalı tennisçi bu göstərici ilə serbiyalı Novak Cokoviçi (31) geridə qoyub.

O, bu formatlı turnirlər tarixində ən uzun qələbə seriyasına imza atıb.

Y.Sinner rekorda səbəb olan qələbəsini İtaliyanın paytaxtı Romada keçirilən turnirin 1/4 finalında qazanıb. O, dünya reytinqində 14-cü pillədə qərarlaşan rusiyalı Andrey Rublyovu 6:2, 6:4 hesabı ilə məğlub edib.

İtaliyalı tennisçi finala vəsiqə uğrunda matçda Daniil Medvedev (Rusiya) – Martin Landalus (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026