• Bakı 22° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Azərbaycan millisi finala vəsiqə qazandı

İDMAN

12 Iyun 2026 | 20:16

Azərbaycan millisi finala vəsiqə qazandı

12 iyun 2026-cı il tarixində Bakı şəhərində keçirilən Çövkən üzrə 2- ci Dünya Çempionatının yarımfinal mərhələsində Azərbaycan və Uruqvay milli komandaları qarşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, böyük maraqla izlənilən görüşdə Azərbaycan millisi yüksək oyun intizamı, əzmkar mübarizəsi və üstün performansı ilə seçilib. Qarşılaşma boyunca oyuna nəzarəti əlində saxlayan komandamız rəqib qapısından 3 cavabsız top keçirərək Uruqvay millisi üzərində 3:0 hesablı inamlı qələbə qazanıb.

Nəticədə Azərbaycan millisi Çövkən üzrə 2-ci Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanıb. Beləliklə, komandamız dünya çempionluğu uğrunda həlledici mübarizəyə yüksələrək Azərbaycanın idman salnaməsinə növbəti parlaq səhifə yazmışdır. Final görüşündə milli komandamızın əsas hədəfi ölkəmizə dünya çempionluğu titulunu qazandırmaq olacaqdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR