Azərbaycan Respublikasının Mərkəzi Bankı “Mobile Payment Solutions” MMC-də yoxlama keçirib.
Bakıvaxtı.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən şirkətdə həyata keçirilən yerində yoxlama zamanı bir sıra qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkarlanıb.
Aşkar edilmiş pozuntularla əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikası Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanununun 63.1-ci maddələrinə əsasən şirkətə çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verilib.
















