• Bakı 29° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

DÇ-2026: İngiltərə yarımfinala yüksəldi

İDMAN

12 Iyul 2026 | 08:29

DÇ-2026: İngiltərə yarımfinala yüksəldi

Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin növbəti oyunu keçirilir.

Bakıvaxtı.az  xəbər verir ki, günün ilk qarşılaşmasında Norveç və İngiltərə milliləri münasibətlərinə aydınlıq gətirir.

Oyunda hesab 36-cı dəqiqədə açılıb. Şeldrup Norveç millisini hesabda önə çıxarıb. İngilislər 45+2-ci dəqiqədə hesabı bərabərləşdirib. Cud Bellinqem bərabərlik qolunun müəllifi olub: 1:1.

Oyunun əsas vaxtında qalib müəyyənləşməyib və oyun əlavə vaxta gedib.

93-cü dəqiqədə İngiltərə millisi hesabda önə keçib. Cud Bellinqem özünün və komandasının 2-ci qolunu vurub.

Matç İngiltərə millisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Bu nəticədən sonra ingilislər adını yarımfinala yazdırıb.

DÇ-2026

1/4 final

12 iyul

01:00. Norveç - İngiltərə 1:2

Qol: Şeldrup, 36, Bellinqem, 45+2, 93

Norveç: Nyland, Ryerson, Ajer, Lisaker Heggem, Vulf, Ödeqor, Berge, Berq, Sörlot, Holand, Şelderup

İngiltərə: Pikford, O’Rayli, Qehi, Stounz, Konsa, Anderson, Rays, Qordon, Bellinqem, Madueke, Keyn.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyul 2026