Türkiyə nəhəngi "Qalatasaray" heyətini iki ulduz futbolçu ilə zənginləşdirmək istəyir.
Bakıvaxtı.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Arsenal" klubunda çıxış edən ulduz futbolçu Qabriel Martinellinin transferi üçün hərəkətə keçib.
Onlar braziliyalı vingeri rənglərinə bağlamaq məqsədilə London klubuna 40 milyon avroluq rəsmi təklif göndərib.
Mənbənin məlumatına görə, "sarı-qırmızılar" yalnız Martinelli ilə kifayətlənmək fikrində deyil. "Qalatasaray" eyni zamanda İtaliyanın "Milan" klubunun ulduzu Rafael Leanın da transfer hədəfinə çevirib və bu iki futbolçu ilə hücum xəttini daha da gücləndirməyi planlaşdırır.
"Arsenal" rəhbərliyinin 25 yaşlı futbolçu üçün irəli sürülən bu irihəcmli təklifə hansı cavabı verəcəyi isə hələlik qeyri-müəyyən olaraq qalır.
Bakı 



