"Kəpəz"in kapitanı Dioqo Verdaska məşqdə zədələnib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı müdafiəçinin Misli Premyer Liqasının V turunda, sentyabrın 12-də "Qəbələ"yə qarşı oynayıb-oynamayacağı sual altındadır.
Buna tibbi müayinənin nəticəsindən sonra aydınlıq gələcək.
















