• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

 "Neftçi" bu gün "Sabah"ı qəbul edir

İDMAN

09 Oktyabr 2026 | 09:18 | Müəllif: Əli Hüseynov

"Neftçi" bu gün "Sabah"ı qəbul edir

Misli Premyer Liqasında VII tura bu gün start veriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, ilk oyun günündə iki matç keçiriləcək.

İlk olaraq "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olacaq. Qarşılaşma Şamaxı şəhər stadionunda, saat 16:00-da başlayacaq. Gəncə klubu 7 xalla 7-ci, Naxçıvan təmsilçisi 2 xalla 12-ci pillədə qərarlaşıb.

Günün ikinci duelində, turun mərkəzi oyununda "Neftçi" son ölkə çempionu "Sabah"ı qəbul edəcək. Görüşün start fiti "Palms Sports Arena"da, saat 19:30-da səslənəcək. "Ağ-qaralar" 15 xalla liderdir. Eyni xala malik "Sabah" ikinci sırasada olsa da, ehtiyatda bir oyunu var.

Misli Premyer Liqası

I dövrə, VII tur

9 oktyabr

16:00. "Araz-Naxçıvan" – "Kəpəz"

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Şamaxı şəhər stadionu

19:30. "Neftçi" – "Sabah"

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev.

VAR: Kamal Umudlu.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

"Palms Sports Arena"

Xatırladaq ki, tura oktyabrın 11-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026