• Bakı 27° C

    9 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Messi bu şəxsləri məhkəməyə verəcək

İDMAN

10 Avqust 2026 | 21:38

Messi bu şəxsləri məhkəməyə verəcək

“İnter Mayami”nin hücumçusu Lionel Messi Argentina kütləvi informasiya vasitələrinə qarşı hüquqi müstəvidə addımlar atmaq niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı argentinalı jurnalist Fran Kasareto yayıb.

Mənbənin sözlərinə görə, təcrübəli futbolçu bəzi mətbuat orqanlarının atası Xorxe Messinin vidası zamanı ailəsinin şəxsi həyatının toxunulmazlığını pozduğunu iddia edir:

“Messi Xorxe Messinin vida mərasimi zamanı ailənin şəxsi həyatının məxfiliyini pozan Argentina KİV-nə qarşı hüquqi prosedurlara başlayacağını təsdiqləyib”, – deyə jurnalist bildirib.

Xatırladaq ki, Messinin atasının vida mərasimi avqustun 9-da keçirilib. Dəfn mərasimi ciddi təhlükəsizlik tədbirləri çərçivəsində və çoxsaylı mühafizəçilərin nəzarəti altında baş tutub. Bir sıra mənbələrin məlumatına görə, mərasimdə yalnız ailə üzvləri iştirak ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR