• Bakı 18° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

“Araz-Naxçıvan” Boyan Letiçlə anlaşdı

İDMAN

10 Avqust 2026 | 16:44 | Müəllif: Əli Hüseynov

“Araz-Naxçıvan” Boyan Letiçlə anlaşdı

“Araz-Naxçıvan” Bosniya və Herseqovinadan olan Boyan Letiçlə anlaşıb.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, futbolçu 2026-2027-ci illər mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək. 33 yaşlı sol cinah müdafiəçisinin son klubu “Sabah” olub. O, müxtəlif illərdə “Kozara Qradişka”, “Borac Şamaç”, “Velej Mostar”, “Karvina”, “Sarayevo”, “Radniçki Niş” və “Mirandeş”də də forma geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Mamadu Kane, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR