• Bakı 21° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Messi Avropada klub alır

İDMAN

09 Sentyabr 2026 | 10:02 | Müəllif: Subhan Mahmudov

Messi Avropada klub alır

Argentinalı ulduz futbolçu Lionel Messi İspaniyanın "Eldense" klubunu almaq barədə prinsipial razılığa gəlib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, "İnter Mayami"nin hücumçusu və kapitanı klubun hazırkı sahibləri ilə anlaşma əldə edib.

Məlumata görə, Lionel Messi heç bir üçüncü tərəfin iştirakı olmadan "Eldense"nin səhmlərinin 100 faizini əldə edəcək. Bu addım argentinalı futbolçunun futboldakı irsini investisiyalar vasitəsilə davam etdirmək planı ilə əlaqələndirilir.

İspaniya çempionatının ikinci ən güclü divizionunda mübarizə aparan "Eldense" Alikante vilayətində yerləşir. Klubun yerləşdiyi ərazi Kataloniyaya da yaxın məsafədədir. Bildirilir ki, Lionel Messi peşəkar futbolçu karyerasını başa vurduqdan sonra burada yaşamağı planlaşdırır.

Qeyd edək ki, aprel ayında 39 yaşlı Lionel Messinin Kataloniyada yerləşən "Kornelya" klubunun sahibi olduğu da məlum olmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026