• Bakı 18° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Türkiyəli jurnalist saxta transfer xəbərinə görə saxlanıldı 

İDMAN

10 Avqust 2026 | 19:12 | Müəllif: Gülşən Şərif

Türkiyəli jurnalist saxta transfer xəbərinə görə saxlanıldı

Türkiyəli jurnalist Burhan Can Terzi Almaniya milli komandasının və Münhen "Bavariya"sının yarımmüdafiəçisi Camal Musialanın Türkiyənin "Qalatasaray" klubuna transferi barədə sosial media hesabında informasiya yaydığına görə saxlanılıb.

Bakıvaxtı.az İHA-ya istinadən xəbər verir ki, Musialanın transferi iddiaları ilə bağlı paylaşımından sonra Burhan Can Terzi barəsində İstanbulun Bakırköy Prokurorluğu tərəfindən istintaq başlanıb. Jurnalist istintaq çərçivəsində "İctimaiyyətə açıq şəkildə yalan məlumat yaymaq" ittihamı üzrə nəzarət altına alınıb.

Lazımi prosedurlar tamamlandıqdan sonra o, məhkəmə orqanlarına göndəriləcək.

Qeyd edək ki, Burhan Can Terzi daha əvvəl Musialanın "Qalatasaray"a keçəcəyi barədə məlumat verib. Türkiyə klubu bu məlumatı təkzib edən rəsmi açıqlama yayıb. Həmçinin məlum olub ki, "Qalatasaray" prokurorluğa şikayət ərizəsi verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR