• Bakı 27° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Ronald Arauxo “Liverpul”da

İDMAN

10 Avqust 2026 | 23:39

Ronald Arauxo “Liverpul”da

“Barselona”nın müdafiəçisi Ronald Arauxo 2026/2027 mövsümünü icarə əsasında “Liverpul”da keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, İngiltərə klubu 27 yaşlı uruqvaylı müdafiəçinin transferini elan edib.

Müqavilədə mersisaydlıların mövsümün sonunda futbolçunu 55 milyon avroya satın almaq hüququnun olduğu bildirilir.

Tanınmış jurnalist Ben Ceykobsun məlumatına görə, “Liverpul” bu transfer üçün “Barselona”ya icarə haqqı ödəməyəcək, lakin oyunçunun maaşını tam qarşılayacaq. Arauxo da öz növbəsində yeni mövsüm üçün əməkhaqqısının bir qədər azaldılmasına razılıq verib.

Qeyd edək ki, təcrübəli müdafiəçi ötən mövsüm “Barselona”nın heyətində La Liqada 24 oyuna çıxaraq 3 qolla yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026