• Bakı 18° C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Milli Məclisin iclası başladı

SİYASƏT

03 Noyabr 2026 | 11:01 | Müəllif: Zeynəb Rzayeva

Milli Məclisin iclası başladı

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.

Deputatların müzakirəsinə ilk olaraq 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsi çıxarılacaq.

Gündəliyə, həmçinin Azərbaycan və Özbəkistan arasında əbədi dostluq haqqında Müqavilənin, eləcə də iki ölkənin hökumətləri arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi məsələləri daxil edilib.

Bundan başqa, “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda, eləcə də hərbi xidmət və hərbi vəzifə ilə bağlı qanunvericilikdə dəyişiklik layihələri üçüncü oxunuşda müzakirə ediləcək.

Deputatlar, həmçinin Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Elektron ticarət haqqında” Qanunda dəyişiklik layihələrini birinci oxunuşda nəzərdən keçirəcəklər.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026