Bu gün, noyabrın 3-də ABŞ-da Konqresə aralıq seçkiləri keçirilir. Səsvermənin nəticələrinə əsasən, Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatın 35 üzvü müəyyənləşəcək.
Bakıvaxtı.az xəbər verir ki, bundan əlavə, 36 ştatda qubernator seçkiləri, yerli hakimiyyət orqanlarına seçkilər və müxtəlif referendumlar keçiriləcək.
Seçkilərin əsas mübarizəsi Respublikaçılar Partiyasının Konqresin hər iki palatasında çoxluğu qoruyub-saxlaya biləcəyi, yoxsa Demokratlar Partiyasının siyasi qüvvələr balansını dəyişəcəyi ilə bağlıdır.
Demokratların qələbəsi ABŞ Prezidenti Donald Trampın siyasi mövqelərini zəiflədə, onun administrasiyasına parlament nəzarətini gücləndirə və Ağ Evin təşəbbüslərinə maneələr yarada bilər.
Seçkilərin nəticələri, həmçinin ABŞ-ın Ukrayna və Rusiya siyasətinə, eləcə də İsrailə hərbi dəstəyinə təsir göstərə bilər. (Mənbə: NBC News)
Bu gün Konqresə seçkilər keçiriləcək
DÜNYA
03 Noyabr 2026 | 10:26 | Müəllif: Əli Hüseynov

SON XƏBƏRLƏR
17:18
10:41
20 Noyabr 2026















