• Bakı 28° C

    8.48 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

UFC prezidenti Makqreqorun ağır zədələndiyini bildirib

İDMAN

12 Iyul 2026 | 10:53

UFC prezidenti Makqreqorun ağır zədələndiyini bildirib

İrlandiyalı qarışıq döyüş sənəti (MMA) idmançısı Konor Makqreqorun Mutləq Döyüş Çempionatının (UFC) turnirində Maks Holloueylə görüş zamanı dizinin ön çarpaz bağını zədələdiyi ehtimal olunur.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt mətbuat konfransında açıqlama verib.

Makqreqor döyüşün ilk saniyələrində dizindən xəsarət alıb. İrlandiyalı idmançı ayağa qalxmağa çalışsa da, hər dəfə zərbə endirmək üçün hərəkət etdikdə yenidən yerə yıxılıb.

"Mən ilk raundda amansız bir döyüş gözləyirdim. Beşillik fasilədən sonra Konorun nəyə qadir olduğunu kimsə dəqiq deyə bilməzdi. İndi isə biz ön çarpaz bağın qopduğunu ehtimal edirik. Mən həkim deyiləm, amma hadisə baş verən an ilk ağlıma gələn bu oldu və sonradan tibbi heyət də fikrimlə razılaşdığını bildirdi", - deyə Dana Uayt vurğulayıb.

Qeyd edək ki, 37 yaşlı Konor Makqreqorun peşəkar MMA karyerasında 22 qələbəsi və 7 məğlubiyyəti var. /Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyul 2026