• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qaxda göbələkdən zəhərlənənlərin SON durumu

HADİSƏ

03 Noyabr 2026 | 09:59 | Müəllif: Əli Hüseynov

Qaxda göbələkdən zəhərlənənlərin SON durumu

Göbələk zəhərlənməsi ilə Qaxdan Bakıya gətirilən beş nəfər xəstənin son durumu məlum olub.

Bakıvaxtı.az-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 30.10.2026-cı il tarixində Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 5 nəfər şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, Qaxda yeddi nəfər zəhərlənmiş, onlardan beşi Bakıya çatdırılmışdı.

İlkin məlumata əsasən, zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələklərin istehlakı nəticəsində baş verdiyi müəyyən edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026