2026-cı il dünya çempionatında 1/4 final mərhələsinin oyunları başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, mərhələnin son qarşılaşmasında Argentina və İsveçrə milliləri üz-üzə gəliblər.
Görüş Bakı vaxtı ilə saat 05:00-da start götürüb.
Oyunda hesabı Argentina millisi açıb. 10-cu dəqiqədə Aleksis Mak Alister cənubi amerikalıları önə keçirib: 1:0.
67-ci dəqiqədə İsveçrə tarazlığı bərpa edib. Avropalıların heyətində Ndoye fərqlənib 1:1.
90 dəqiqə ərzində başqa qol vurulmayıb və matç əlavə vaxta gedib.
112-ci dəqiqədə Xulian Alvarez möhtəşəm zərbəylə Argentinanı hesabda önə keçirib: 2:1.
121-ci dəqiqədə Lautaro Martinez hesabı 3:1 edib.
Görüş bu hesabla başa çatıb və Argentina millisi adını yarımfinala yazdırıb.
Qeyd edək ki, Argentina yarımfinalda İngiltərə ilə qarşılaşacaq.
DÇ-2026
1/4 final
12 iyul
05:00. Argentina – İsveçrə 3:1
Qol: Mak Alister, 10, Ndoye, 67, Alvarez, 112, L. Martinez, 121
Qırmızı vərəqə: Embolo, 72
Bakı 



