• Bakı 29° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Messi dünya çempionatları tarixində ilkə imza atıb

İDMAN

12 Iyul 2026 | 09:24

Messi dünya çempionatları tarixində ilkə imza atıb

Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, 39 yaşlı futbolçu mundiallarda məhsuldar ötürmələrinin sayını 10-a çatdıran ilk oyunçu olub.

Messi bu göstəriciyə DÇ-2026-nın 1/4 finalında İsveçrə millisi ilə oyunda nail olub. 

Onun məhsuldar ötürməsini Aleksis Makallister qola çevirərək Argentina yığmasını 1:0 hesabı ilə önə çıxarıb.

Qeyd edək ki, Messi əvvəlki mərhələdə Misir millisi ilə qarşılaşmada (3:2) dünya çempionatlarında məhsuldar ötürmələrin sayına görə həmyerlisi Dieqo Maradonanı geridə qoyaraq bu göstərici üzrə rekordçu olmuşdu.

Hazırda ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Lionel Messi karyerası ərzində PSJ və "Barselona"nın da formasını geyinib. 

O, Argentina millisinin heyətində 2022-ci il dünya çempionu, 2014-cü il dünya çempionatının gümüş mükafatçısı, 2008-ci il Olimpiya Oyunlarının qalibi, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi olub. Futbolçu, həmçinin rekord sayda – 8 dəfə "Qızıl top" mükafatına layiq görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyul 2026