• Bakı 7° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sevgilisini küçədə döydü - Sumqayıtda şok hadisə...

HADİSƏ

03 Noyabr 2026 | 09:44 | Müəllif: Əli Hüseynov

Sevgilisini küçədə döydü - Sumqayıtda şok hadisə...

Sumqayıtda 18 yaşlı oğlan sevgilisini küçədə döyüb.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.

Belə ki, şəhər sakini, 2008-ci il təvəllüdlü Elsevər Aslanov (soyadı şərtidir - red.) özündən iki yaş böyük xanımla sevgi münasibətində olub. Bir neçə gün əvvəl şəhər ərazisində olarkən dostu Kənanın sevgilisi ona zəng vurub kömək istəyib. Dostunun sevgilisi valideynləri ilə dalaşıb evdən çıxdığını bildirib və Elsevərdən gecələməyə ev istəyib. Elsevər də öz sevgilisinə zəng vuraraq Sumqayıt şəhəri ərazisindəki "Osmanlı" restoranına çağırıb. Elsevər sevgilisini xanımla tanış edib və dostu Kənanın sevgilisi olduğunu deyib. Bildirib ki, ona gecə qalmaq üçün ev lazımdır. Elsevərin sevgilisi xanıma kömək edə bilməyəcəyini deyib. Elsevər dostunun sevgilisini şəhər ərazisindəki hotellərdən birində yerləşdirmək qərarına gəlib və öz sevgilisini evə yola salmaq istəyib. Nəticədə sevgilisi buna etiraz edib və Elsevərlə sevgilisi arasında mübahisə başlayıb. Mübahisə zamanı Elsevər sevgilisini küçədə döyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər və Elsevər saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmədə tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026