• Bakı 16° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var

İQTİSADİYYAT

03 Noyabr 2026 | 10:37 | Müəllif: Əli Hüseynov

Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə 101 xarici vətəndaşı ölkədən deportasiya ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirliyin müvafiq bölmələri ilə əlaqələndirilmiş kompleks tədbirlər nəticəsində Türkiyə, Filippin, Türkmənistan, Hindistan, Rusiya, Keniya, Azərbaycan, Kuba, Özbəkistan, Belarus, Misir, İordaniya, Fil Dişi Sahili, Nepal, Pakistan, Çin, Əlcəzair, Nigeriya, Ermənistan və digər ölkələrin vətəndaşları Gürcüstandan deportasiya olunublar.

Qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən daxil olması qadağan edilib.

Bildirilib ki, cari ilin əvvəlindən indiyədək Miqrasiya Departamentinin əməkdaşları tərəfindən 3 600-dən çox xarici vətəndaş ölkədən deportasiya olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR