• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ombudsmandan Trampın xanımına MÜRACİƏT

DÜNYA

03 Noyabr 2026 | 09:38 | Müəllif: Əli Hüseynov

Ombudsmandan Trampın xanımına MÜRACİƏT

Oleşkidə humanitar missiya zamanı altı yaşayış məntəqəsində müvəqqəti atəşkəs elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının İnsan hüquqları üzrə müvəkkili Dmitri Lubinets brifinq zamanı məlumat verib.

O əlavə edib ki, Rusiya tərəfi ilə Xerson vilayətində atəşkəsin müddətinin uzadılması məsələsini də müzakirə edib. Lubinets atəşkəs rejiminin digər bölgələrə də şamil oluna biləcəyini istisna etməyib:

“İlk növbədə Xerson vilayətinin ərazisində yerləşən yaşayış məntəqələrindən söhbət gedir. Daha sonra imkan daxilində bu müsbət təcrübəni digər bölgələrə də genişləndirmək olar”.

O qeyd edib ki, Rusiya ombudsmanı da ötən gün mətbuat konfransı keçirərək, digər yaşayış məntəqələrində oxşar humanitar missiyaların təşkilinə nail olmaq məqsədilə ABŞ-ın birinci xanımı Melaniya Trampa rəsmi müraciət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026