• Bakı 22° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu

İDMAN

12 Iyun 2026 | 20:32

Tanınmış futbolçu Torinonun baş məşqçisi oldu

"Torino” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, A seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanı keçmiş müdafiəçi İnyatsio Abate çalışdıracaq.

Turin klubunun yaydığı məlumata görə, 39 yaşlı mütəxəssislə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.

Abate futbolçu karyerası ərzində “Milan”, “Napoli”, “Empoli” və “Torino”nun formalarını geyinib. O, həmçinin İtaliya millisində də çıxış edib.

Məşqçilik fəaliyyətinə “Milan”ın aşağı yaş qruplarında başlayan Abate son olaraq Serie B təmsilçisi “Yuve Stabiya”nı çalışdırıb.

Qeyd edək ki, “Torino” ötən mövsüm A Seriyasını 12-ci pillədə başa vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR