Dünyada yanacaq qiymətlərinin artması və ekoloji narahatlıqlar elektrikli avtomobillərə marağı artırıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bir çox ölkədə hökumətlər bu avtomobillərin alınmasına subsidiyalar ayırır.
Azərbaycanda da son aylarda elektrikli avtomobil idxalında artım müşahidə olunur. Xüsusilə enerji sərfiyyatının az olması və texnoloji imkanlar sürücülərin diqqətini çəkir.
Ekspertlər hesab edir ki, yaxın illərdə şəhərlərdə elektrik doldurma məntəqələrinin sayı daha da artacaq.
Murad İsmayıl
Bakı 




