• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Əmrullayev tək məzunun "Son zəng"ində iştirak edib

CƏMİYYƏT

13 Iyun 2026 | 18:36 | Müəllif: Əli Hüseynov

Əmrullayev tək məzunun "Son zəng"ində iştirak edib

Elm və təhsil naziri Emin Əmrullayev Kəlbəcər rayonu B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng" tədbirində iştirak edib.

Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nazir məktəbin ilk və yeganə məzunu Nəzrin Atakişiyevanı məzun olması münasibətilə təbrik edib, ona gələcək təhsil həyatında uğurlar arzulayıb.

Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası istiqamətində görülən işlərdən, Kəlbəcərdə formalaşan yeni təhsil mühitindən danışılıb.

Tədbir şagirdlərin ifasında hazırlanmış maraqlı "Son zəng" proqramı ilə yekunlaşıb.


Əmrullayev tək məzunun "Son zəng"ində iştirak edibƏmrullayev tək məzunun "Son zəng"ində iştirak edibƏmrullayev tək məzunun "Son zəng"ində iştirak edib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026