• Bakı 28° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Qarpız alarkən bu səhvləri etməyin: Zəhərlənmə və ölüm riski var

CƏMİYYƏT

13 Iyul 2026 | 15:38

Qarpız alarkən bu səhvləri etməyin: Zəhərlənmə və ölüm riski var

Yay aylarında qida zəhərlənməsi hallarına sıx şəkildə rast gəlinir. Bəzən bu zəhərlənməyə qarpız istehlakı da səbəb ola bilər. Qarpızdan zəhərlənməyə görə xəstəxanaya müraciət edilmədikdə, bəzi hallarda ölümə də yol aça bilir.

Bəs görəsən, qarpız-yemiş alarkən nələrə diqqət etmək lazımdır? Hansı hallarda qarpızdan zəhərlənmə mümkündür?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, qarpızın təbii mövsümü iyun ayının sonundan iyul və avqust aylarını əhatə edir.

Onun sözlərinə görə, qarpız alarkən mütləq mənşəyi bəlli olan yerdən və eyni zamanda da günəş şüaları altında qalmayan qarpızları seçmək lazımdır:

"Xüsusilə də əlinizə götürdüyünüzdə qarpızın ağırlığı hiss olunursa, əllə toxunduqda boşluqdan gələn səs kimi gəlirsə, bu, onun daha şirin olmasının göstəricisidir. Eyni zamanda üzərində sarı ləkə varsa, bu da torpaqda təbii şəkildə yetişdirildiyinin göstəricisi ola bilər. Mütləq şəkildə saplağı quru olmalıdır ki, bu qarpızın tam yetişdiriləndən sonra dərildiyinin isbatıdır”.

Məhsəti Hüseynova: Yaxşı olar ki, kəsildikdən sonra da həmin gün istehlak olunsun

Müsahibimizin dediyionə görə, insanlarımız bəzən qarpızı kəsilmiş şəkildə və yaxud da kəsdirərək alırlar ki, bu zaman kəsim yerlərində doğrama yerinin, bıçağın vaxtı-vaxtında təmizlənilməməsi çarpaz çirklənməyə səbəb ola bilər. Nəticədə keyfiyyətli məhsul olsa da, zəhərlənməyə səbəb ola bilər.

Mütəxəssis vurğulayıb ki, qarpız az kalorili və tərkibinin 90%-i sudan ibarətdir. Ona görə də yay mövsümünün əvəzsiz qidalarından hesab olunur. Lakin 100 qramında 8 qrama qədər karbohidrat var və mütləq gün ərzində 300-500 qramından çox olmamaq şərtilə qəbul olunmalıdır.

"Xüsusilə xroniki xəstəliyi olanlar, şəkərli diabetdən əziyyət çəkənlər diqqət etməlidir.  Əks halda miqdarı çox qəbul etsələr, qanda şəkərin miqdarının çoxalması, eləcə də xroniki xəstəliklərin kəskinləşməsinə gətirib çıxara bilər. Kəsildikdən sonra qarpızı 24 saat ərzində qəbul etmək lazımdır və soyuducuda saxlanılan zaman ağzı bağlı şüşə, emal olunmuş qabda və yaxud da hava keçirməyəcək şəkildə bağlanılmalıdır. Yaxşı olar ki, kəsildikdən sonra da həmin gün istehlak olunsun", - deyə müsahibimiz vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR