• Bakı 30° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Universitetlərə ixtisas seçimi başladı

CƏMİYYƏT

12 Avqust 2026 | 09:48

Universitetlərə ixtisas seçimi başladı

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər by gündən avqustun 19-dək ixtisas seçimi apara biləcəklər.

Abituriyentlər ixtisas seçimi ilə bağlı Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində ödənişsiz əsaslarla fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri"nə müraciət edə bilərlər.

Bundan əlavə, cədvəldə verilmiş tarixlərdə rayon təhsil sektorları və bəzi məktəblərdə DİM-in əməkdaşları tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Avqust 2026