• Bakı 23° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

ADNSU-da üçnövbəli dərs iddialarına CAVAB

CƏMİYYƏT

11 Sentyabr 2026 | 11:38 | Müəllif: Əli Hüseynov

ADNSU-da üçnövbəli dərs iddialarına CAVAB

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tədris korpuslarından birinin təmirə bağlanması tələbələr arasında müxtəlif müzakirələrə səbəb olub. Bütün tələbələrin bir korpusda yerləşdiriləcəyi, dərslərin distant, hibrid və ya üçnövbəli formada təşkil ediləcəyi barədə suallar yaranıb.

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq universitetdən bildirilib ki, yeni tədris ilində tədrisin təşkili ilə əlaqədar hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

ADNSU-nun mətbuat xidmətinin məlumatına görə, tələbələr təhsillərini universitetin birinci tədris korpusunda davam etdirəcəklər:

“Dərslər distant və ya hibrid formada keçirilməyəcək. Universitetin əsas korpusunda auditoriyalar müəyyənləşdirilib. ADNSU yeni tədris ilinə tam hazırdır”.

Beləliklə, tədris korpuslarından birinin təmirə bağlanmasına baxmayaraq, dərslərin ənənəvi – əyani formada davam etdirilməsi planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR