Oktyabrın 10-da axşam saatlarında Günəşdə "M" sinfinə aid alovlanma qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, oktyabrın 10-da günəş ləkələri qrupunda (N08W50) rentgen diapazonunda 32 dəqiqə davam edən M1.2 sinifli alovlanma baş verib.
Qeyd olunur ki, son bir həftə ərzində Günəşdə M sinfinə aid beş alovlanma qeydə alınıb.
















