• Bakı 26° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

TTM-də ZİK-in növbəti buraxılışı oldu

CƏMİYYƏT

13 Iyul 2026 | 17:13

TTM-də ZİK-in növbəti buraxılışı oldu

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit ixtisas kursu"nun növbəti buraxılış mərasimi təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir çərçivəsində ölkədə həyata keçirilən ordu quruculuğu prosesinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək gənc leytenantları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Rektor Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlardan bəhs edərək, hərbi qulluqçuların peşəkar inkişafı üçün geniş imkanların yaradıldığını vurğulayıb. O bildirib ki, kurs müddətində əldə olunan bilik və bacarıqlar gənc zabitlərin xidmət edəcəkləri bölmələrdə döyüş ruhunun və mənəvi-psixoloji hazırlığın yüksəldilməsinə mühüm töhfə verəcək.

Mərasimdə çıxış edən kurs birincisi leytenant Sənan Piriyev məzunlar adından yaradılan şəraitə, kursun yüksək səviyyədə təşkilinə, eləcə də göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını ifadə edib.

Daha sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə xatirə lövhəsi vurulub.

Tədbirin sonunda "Zabit ixtisas kursu"nu müvəffəqiyyətlə başa vuran gənc zabitlərə sertifikatlar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR